Bayrama etiraz etdi, ördəklə döyüldü - FOTOLAR\VİDEO
Bizi izləyin

Dünya

Bayrama etiraz etdi, ördəklə döyüldü - FOTOLAR\VİDEO

İspaniyada heyvan müdafiəçiləri hər il Rosas şəhərində keçirilən qədim milli bayrama etirazlarını bildiriblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Aralıq dənizi hövzəsində keçirilən bayramın şərtinə görə, suya atılmış ördəkləri insanlar tutub sahilə çıxarmalıdırlar.

Yerli heyvan müdafiəçiləri bu bayramın əleyhinə çıxış edərək internetdə kampaniyaya başlayıblar. Müdafiəçilərdən biri özünün də dediyi kimi, “barbar bayramı”nı lentə almaq üçün Rosasa yollanıb. Bayram iştirakçıları isə video çəkilişin əleyhinə olduğundan operatoru ördəklə döyüblər. Qadının biri ördəyin ayağından tutaraq onu operatorun başına çırpıb. Bunun əvəzində isə müdafiəçi bu videonu şəhər merinə göstərməklə 100 illik bayrama son qoymağa çağırıb. Lakin mer onun tələblərinə əhəmiyyət verməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm