• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD Palmiradakı abidənin dağıdılmasını əks etdirən fotolar yayıb

  • Dünya
  • 26 Avqust 2015 05:49
  • 447 Baxış
İŞİD Palmiradakı abidənin dağıdılmasını əks etdirən fotolar yayıb

İslam Dövləti qruplaşması Suriya ərazisindəki Palmira xarabalıqlarında qədim "Baalşamin məbədinin dağıdılmasını" əks etdirən görüntüləri yayıb.

Şəkillərdə silahlıların məbədə partlayıcı qoyduğunu görmək olar. Suriya rəsmiləri və fəallar bəşəriyyət tarixinin mühüm incilərindən sayılan məbədin bazar günü partladıldığını bildirirlər.

BMT ölkənin mədəniyyət irsinə aid abidənin bilərəkdən dağıdılmasını hərbi cinayət kimi səciyyələndirib.

Suriyanın əntiq abidələr üzrə rəsmisi bildirib ki, abidə bazar günü partladılıb. Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidəsi qurumu isə abidənin bir ay əvvəl dağıdıldığını deyib.

İD "Baalşamin abidəsinə böyük miqdarda partladıcılar qoyub və sonra partladıb", - Suriyanın əntiq abidələr üzrə rəsmisi Maamoun Abdulkarim AFP agentliyinə deyib.

Vaxtilə bu ərazidə yaşamış sakinlərsə abidənin bir ay öncə partladıldığını qeyd edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR