• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əsədin əlində bu qədər torpaq qalıb

  • Dünya
  • 26 Avqust 2015 09:12
  • 1 556 Baxış
Əsədin əlində bu qədər torpaq qalıb

Müxalifət qüvvələrindən ağır zərbələr alan Bəşər Əsəd rejiminin ətrafındakı halqa da getdikcə daralır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Aralıq dənizi sahilləri və Livan sərhədlərinə sıxışdırılan Əsədin əlində ölkənin altıda bir hissəsi qalıb.

İngiltərənin IHS analitik şirkətinin məlumatlarına görə, ən böyük itkilərini son bir ildə verən Bəşər Əsəd rejimi İran və “Hizbullah”ın dəstəyi ilə ayaqda dayanmağa çalışır. Quru əməliyyatlarında hərbi qüvvənin çoxunu itirən Dəməşq İran, Rusiya və Çindən aldığı döyüş təyyarələri və vertolyotlarla müxalifət güclərinə zərbələr endirir.

2011-ci ilin əvvəlində 300 min hərbçisi olan Əsədin ordusunda hazırda bu rəqəm təxminən iki dəfə azalıb. Ölkənin çöl hissəsinin çoxunu itirən rejim paytaxt Dəməşqi əlində saxlamaq üçün xüsusi müqavimət göstərir. Çünki Dəməşqin itirilməsi rejimin devrilməsi deməkdir.

IHS analitik şirkətinin eksperti Kolemb Struk Əsədin ilk dəfə bu qədər hakimiyyətini itirməyə yaxın olduğunu bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR