• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ankara azərbaycanlıları seçdi: iki min nəfərlik polis gücü yaradılır

  • Dünya
  • 26 Avqust 2015 13:27
  • 1 495 Baxış
Ankara azərbaycanlıları seçdi: iki min nəfərlik polis gücü yaradılır

Suriyanın şimalında təhlükəsizlik bölgəsi yaratmaq istəyən Türkiyə əslən azərbaycanlı olan türkmanlardan ibarət polis gücünə təlim keçməyə başlayıb.

Publika.az xəbərə verir ki, bu barədə İngiltərənin “Telegraph” qəzeti yazıb.

Ötən ay 32 nəfərin ölümü ilə nəticələnən Suruç terror aktından sonra Türkiyənin ABŞ-ın liderlik etdiyi koalisiya ilə əməkdaşlığı genişləndirdiyini yazan “Telegraph” Ankaranın Suriyada əsas güc olaraq türkmanları seçdiyini bildirib.

“Telegraph”a açıqlama verən Suriya Türkman Milli Hərəkat Partiyasının Qaziantep nümayəndəliyinin səlahiyyətlisi Mehmet Türkmanoğlu təxminən 1500-2000 nəfərlik polis gücünün yaradılacağını deyib. O, polis gücünün bir hissəsinin döyüş cəbhəsində iştirak edəcəyini söyləyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR