II Donbas müharibəsi qapıda: ordu təmas xəttinə qayıdır
Bizi izləyin

Dünya

II Donbas müharibəsi qapıda: ordu təmas xəttinə qayıdır

Ukraynanın Silahlı Qüvvələri hərbi texnika, həmçinin Minsk razılaşmaları ilə təmas xəttindən aparılan ağır silahları və gücləri geri qaytarılır.

Publika.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” (“DXR”) qondarma qurumun “Müdafiə Nazirliyi”nin sözçüsü Eduard Basurin deyib.

Onun sözlərinə görə, 4 minə qədər Ukrayna hərbçisi, o cümlədən təxminən 60 tank, piyada döyüş maşınları (BMP) və SAU artilleriya qurğuları Çasov Yar qəsəbəsi ətrafında yerləşdirilib. Verxnetoresk rayonuna qaubitsa batareyaları, D-30 və “Qrad” zenit-raket kompleksləri, Nikolayevka rayonuna isə 5 ədəd “Buk-M1” zenit-raket sisteminin gətirilməsi müşahidə edilib.

Eduard Basurin qeyd edib ki, Staroqnatovki rayonuna iki gün əvvəl 72-ci motoatıcı briqadasının artilleriyası gətirilib. Briqadanın silahlanmasında 152 millimetr kalibrli qaubitsalar və 120 millimetr kalibrli minaatanların olduğu deyilir.

Qeyd edək ki, rəsmi Kiyevdən səslənən son bəyanatlar da Ukraynanın Donbas hövzəsində həlledici döyüşə hazırlaşdığını göstərir. Avqustun 24-də Ukraynanın Müstəqillik günü ilə bağlı Kiyevin mərkəzində keçirilən tədbirdə çıxış edən prezident Pyotr Poroşenko bildirib ki, Minsk razılaşmaları ilə əldə edilən atəşkəs dövrü Ukrayna ordusunun gücləndirilməsinə imkan verdi. Rəsmi Kiyev Minsk razılaşmalarının işləmədiyini tez-tez dilə gətirməklə, əslində yeni hərbi əməliyyatların qaçılmaz olduğuna işarə vurur.

Bir neçə gün əvvəl Eduard Basurin bildirib ki, yeni əməliyyatlar üçün Ukrayna 90 min nəfərlik hücum batalyonunu yaradıb. Hücum batalyonunun tərkibində təxminən 450 tank, beş ədəd “Toçka-U” raket kompleksi, 20 ədəd yaylım atəş sisteminin olduğu bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm