Amerikalı admiraldan SOS: “Vaşinqtonun qlobal liderliyi təhlükə altındadır”
Bizi izləyin

Dünya

Amerikalı admiraldan SOS: “Vaşinqtonun qlobal liderliyi təhlükə altındadır”

“Moskva və Pekinin Arktikada mövqeyi Vaşinqtondan daha güclüdür. Arktikanın resursları üçün mübarizə aparmayan Amerika qlobal səviyyədə lider statusunu itirə bilər”.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Hari Rafed yazıb.

Onun sözlərinə görə, Arktikanın resurslarının mənimsənməsi ilə bağlı Rusiya və Çinin strateji manevrləri ABŞ prezidenti Barak Obama üçün həyəcan siqnalıdır: “Rusiya Arktikada neft hasilatına görə liderlik edir. 2014-cü ildə Rusiya Peçorsk dənizində neft çıxarmağa başlayıb və ötən il təxminən 2,2 milyon barel neft çıxara bilib. Çin də Rusiyadan geri qalmır. 2009-cu ildən 2013-cü ilə qədər Çinin CNPC, Sinopec və CNOOC şirkətləri beynəlxalq neft aktivlərinin ən böyük alıcısı olub, CNOOC Norveç və Barents dənizlərində geoloji kəşfiyyat işləri üçün lisenziyalar alıb.

Hərbi-Dəniz Qüvvələrinin admiralı hesab edir ki, Arktika uğrunda mübarizənin yubadılması ölkənin idxal edilən neftdən asılılığını artırır və bütovlükdə qlobal səviyyədə Amerikanın nüfuzunu, o cümlədən Arktikada liderliyini təhlükə altına qoyur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm