• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezidentliyə namizəd jurnalisti mətbuat konfransından qovdu - VİDEO

  • Dünya
  • 27 Avqust 2015 08:11
  • 393 Baxış
Prezidentliyə namizəd jurnalisti mətbuat konfransından qovdu - VİDEO

ABŞ prezidentliyinə namizəd Donald Trampın mətbuat konfransında qalmaqal baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp ona immiqrantlarla bağlı sual verən jurnalisti mühafizəçilərin köməyi ilə mətbuat konfransının keçirildiyi salondan çıxarıb.

Onun mətbuat konfransından çıxardığı jurnalist isə ABŞ-da ispan dilində yayımlanan “Univision” kanalının Meksika mənşəli aparıcısı Jorge Ramos olub. Lakin sonradan onun geri qayıtmasına icazə verilib.

Qeyd edək ki, Tramp daha əvvəllər ABŞ-da ispan dilində danışan insanlara qarşı təhqiramiz xarakterli açıqlamaları ilə gündəmə gəlib. ABŞ-a gələn meksikalıları “oğru və təcavüzkar” adlandıran Tramp ABŞ- Meksika sərhədində divar inşa edilməsini də təklif edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR