Kərkükdə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başladı
Bizi izləyin

Dünya

Kərkükdə İŞİD-ə qarşı genişmiqyaslı əməliyyat başladı

Şimali İraq regional kürd rəhbərliyinin Peşmərgə gücləri Kərkük vilayətində İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, yaz aylarında İŞİD üzərində qələbələr qazanan Peşmərgə gücləri terror qruplaşmasını Kərkükdən tamamilə çıxarmaq niyyətindədir.

Peşmərgədəki mənbə “Reuters”ə açıqlamasında İŞİD-in Elbu-Nəcm kəndindən çıxarıldığını, yaxınlıqdakı digər bir kənd uğrunda döyüşlərin davam etdiyini söyləyib.

Kürd muxtariyyətinə yaxın “Rudaw” xəbər agentliyi isə əməliyyatlarda ən az 18 İŞİD üzvünün öldürüldüyünü və Dakuk qəsəbəsinin ətrafındakı ən azı 10 kəndin azad edildiyini bildirib. Əməliyyatlara ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri havadan dəstək verir.

Peşmərgə koalisiya qüvvələrinin köməyi ilə İŞİD-i Kərkük vilayətinin bəzi hissələrindən çıxarsa da, vilayətin əhəmiyyətli hissəsi hələ də İŞİD-in nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm