Prezidenti gözləyən 3 nəfər günvurmadan öldü
Bizi izləyin

Dünya

Prezidenti gözləyən 3 nəfər günvurmadan öldü

7 saat açıq havada Türkmənistanda prezidentin gəlişini gözləyən adamlardan üç nəfəri günvurmadan həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sakinlər prezident Qurbanqulu Berdimuhammedovun da təşrif buyuracağı təntənəli mərasimdə iştirak etmək üçün 7 saat stadionda gözləməli olublar. Bu müddət ərzində onlara nə su içməyə, nə yemək yeməyə, nə də ayaqyoluna getməyə icazə verilib.

Nəticədə sakinlərdən 50 nəfəri huşunu itirib. Onlardan 10 nəfəri xəstəxanaya düşüb. Biri uşaq olamqla 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, faciə baş verən günü havanın temperaturu 40 dərəcədən yuxarı olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm