Yüksekovada qanlı gecə: 3 ölü, 7 yaralı
Bizi izləyin

Dünya

Yüksekovada qanlı gecə: 3 ölü, 7 yaralı

Ötən gecə Türkiyənin Hakkari vilayətində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Xalqların Demokratik Partiyasından (HDP) olan millət vəkili Abdullah Zeydan deyib.

Onun sözlərinə görə, vilayətin Yüksekova mahalında baş verən qarşıdurmada 3 nəfər həyatını itirib, 7-i yaralanıb.

Hakkari valiliyi isə Yüksekova mahalında dünən gecə saat 23:30-dan küçəyə çıxmaq qadağası elan edib. Valiliyin ikinci bir açıqlamasına kimi qadağa qüvvədə olacaq.

Bitlis vilayətində isə PKK terrorçuları ötən gecə jandarm komandirliyinə hücum edib. Baş verən silahlı qarşıdurmada 4 əsgər yaralanıb, 6 terrorçu isə öldürülüb.

Qaçan terrorçuların tutulması üçün bölgədə hava qüvvələrinin də dəstəklədiyi genişmiqyaslı əməliyyat başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm