• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dünyanın ən uzun tuneli istifadəyə veriləcək - FOTOLAR

  • Dünya
  • 27 Avqust 2015 19:14
  • 537 Baxış
Dünyanın ən uzun tuneli istifadəyə veriləcək - FOTOLAR

İsveçrədə dünyanın ən uzun və dərin dəmir yolu tunelinin texniki tikintisi başa çatıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2,3 kilometr dərinlikdə yerləşən Qotard tunelinin uzunluğu 57 kilometrdir.

Dünyanın ən möhtəşəm tunelində bu ilin oktyabrından etibarən işıqlandırma, rabitə və havalandırma sistemlərində sınaqlar başlayacaq. “Bu, İsveçrə dəmir yolları arasında ən təhlükəsiz sahə olacaq” – deyə inşaat işlərini aparan şirkətdən bildirilib.

Gün ərzində 180-260 qatarın keçəcəyi nəzərdə tutulan tunel ilk sərnişinlərini 2016-cı ilin iyununda qəbul edəcək. Sərnişinlər Sürixdən Milana saatda 200 km sürətlə 2 saat 50 dəqiqəyə çatacaqlar.

Qeyd edək ki, tunelin tikintisi 1996-cı ildən başlayıb. Tikinti işlərində 2 mindən çox insan iştirak edib. Onlardan 8 nəfəri qəza zamanı həlak olub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR