Müsəlman ölkəsi 3-cü ən böyük nüvə gücünə çevrilir – PROQNOZ
Bizi izləyin

Dünya

Müsəlman ölkəsi 3-cü ən böyük nüvə gücünə çevrilir – PROQNOZ

Vaşinqtondakı Karnegi Fondu və “Stimson” düşüncə mərkəzi Pakistanın nüvə gücü ilə bağlı birgə hesabat hazırlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hesabatda Pakistanın dünyanın ən böyük 3-cü nüvə gücünə çevrilə biləcəyi qeyd olunub.

Bildirilir ki, Pakistan buna qarşıdakı 5-10 il ərzində nail ola bilər. Hesabatda müharibə ehtimalını nəzərə alan Hindistanın nüvə arsenalına hər il 20 nüvə başlığı əlavə edəcəyi təxmin edilir. Hazırda Pakistan 120, Hindistan isə 100 nüvə başlığı daşıyan raketə sahibdir.

Qeyd olunmur ki, Pakistanın nüvə silahlanması hazırkı templə davam edəcəyi halda, 10 ildən sonra ölkənin nüvə arsenalındakı nüvə başlıqlarının sayı 350-yə çatacaq.

Hazırda Fransa 300 nüvə başlığı ilə bu sahədə ABŞ və Rusiyadan sonra 3-cü yerdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm