• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Siz onları belə görmədiz... Corabı cırıq prezident, yerə sərilən baş nazir - FOTOLAR

  • Dünya
  • 28 Avqust 2015 00:35
  • 2 283 Baxış
Siz onları belə görmədiz... Corabı cırıq prezident, yerə sərilən baş nazir - FOTOLAR

Nə baş nazirlər, nə prezidentlər, nə də Roma Papasının özü belə hər zaman qüsursuz ola bilməzlər.

Publika.az bir sıra siyasətçilərin gülünc vəziyyətə düşdüyü fotoları təqdim edir.

Türkiyəyə səyahət edən Dünya Bankının prezidenti Pol Vulfovits məscidə girmək üçün ayaqqabılarını çıxarır. Bu zaman bank prezidentinin hər iki corabının cırıq olması kameraların obyektivindən yayınmayıb.

Ariel Şaron 2002-ci ildə seçkiqabağı kampaniya çərçivəsində Mitkan-Adam hərbi bazasına baş çəkib. İsrail lideri zərrəbinin qapağını açmadan səngərə tamaşa edir.

Sosial Demokratlar Partiyasının lideri və Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin pafoslu nitqi balaca qız tərəfindən pozuldu. Qızcığaz onun nitqini bəyənməyərək qulaqlarını tutdu.

1999-cu ildə Kanadanın baş-naziri Jan Kretyen Kosovadan olan qaçqınlarla küçə basketbolu oynayarkən biabırcasına yerə sərilib.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton qızın yıxıldığını gümün edərək onu tutmaq istəyir. Həmin an fotokameraların yaddaşına biədəb formada köçürülüb. Əslində qız yıxılmırdı. Sadəcə atası onu prezidentə daha da yaxın gətirmək istəyirdi.

İstanbulda istirahət parkının təntənəli açılışı zamanı Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan at belinə qalxmalı olur. Lakin onun yəhərə oturmaq cəhdi siyasətçinin yerə yıxılması ilə nəticələnib.

2000-ci ilin martında Roma Papası İoann İordaniyanın paytaxtı Amman şəhərində 70 min inanclı insanın gözü qarşısında mürgüləyib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR