Daha qatarlarda qadınlara təcavüz edilməyəcək
Bizi izləyin

Dünya

Daha qatarlarda qadınlara təcavüz edilməyəcək

İngiltərə İşçi Partiyasının liderliyə namizəd Jeremi Korbi seçicilərnə növbəti vədini verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Korbi artan təcavüz hadisələrinin qarşısını almaq üçün qatarlarda bəzi vaqonların yalnız qadınlar üçün ayrıla biləcəyini söyləyib.

Onun sözlərinə görə, qatarlarda təcavüz hadisələri barədə xəbər vermək üçün 24 saat açıq olan telefon xətti də qurula bilər. Statistikaya görə, İngiltərədə kütləvi nəqliyyat vasitələrində qadınlara təcavüz əvvəlki illə nisbətən 25 faiz artıb.

İşçi Partiyasının liderliyə namizəd daha əvvəlki vədində seçiləcəyi halda ingilis əsgərlərinin İraqda etdiklərinə görə bu ölkədən üzr istəyəcəyini bildirib: “Məni İşçi Partiyasının liderliyinə seçin. Toni Bleyrin “İraqda kimyəvi silah var” sözünə görə, İraq xalqına çəkdirdiyi ağrılara görə üzr istəyəcəm. Keçmiş baş nazir İngiltərə xalqını aldatdı”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm