Rusiya Donbasda “Vaffen-SS” modeli üzrə ordu korpusları yaradıb - RƏSMİ
Bizi izləyin

Dünya

Rusiya Donbasda “Vaffen-SS” modeli üzrə ordu korpusları yaradıb - RƏSMİ

Rusiya Donbas hövzəsində “Vaffen-SS” modeli üzrə yaradılmış ordu korpuslarını cəmləyib.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

Onun sözlərinə görə, Rusiya Donbas hövzəsində 40 minlik ordu bölmələri cəmləyib. Bundan başqa, Turçinov Ukrayna ilə sərhəddə 50,5 min Rusiya hərbçisinin olduğunu deyib.

“Rusiya rəhbərliyi Donbas hövzəsinin işğal edilmiş ərazisində güclü quru birləşmələri yaradıb. Onların əsasını aktiv hücum əməliyyatlarının keçirilməsi üçün hazırlanan iki ordu korpusu təşkil edir. Ordu korpuslarının formalaşdırılması və fəaliyyət xüsusiyyətləri onu göstərir ki, rusiyalılar İkinci Dünya Müharibəsi zamanı Almaniya rəhbərliyi tərəfindən bəyənilən və “Vaffen SS” kimi məşhur olan modeli seçiblər”. - Turçinov qeyd edib.

Qeyd edək ki, ordunun şəxsi heyətinin azalması ilə əlaqədar Almaniya rəhbərliyi işğal edilmiş ölkələrin vətəndaşları olan könüllüləri hərbi xidmətə cəlb etməyə başlayır. Əcnəbi könüllülərdən ibarət olan xüsusi vaffen-diviziyalar “Vaffen-SS” adlanırdı. Vaffen diviziyaların komanda heyəti alman zabitlərindən təşkil olunurdu.

“İnformasiya müqaviməti" qrupunun koordinatoru, xalq deputatı Dmitri Tımçukun məlumatına görə, son iki ay ərzində Donbas hövzəsində separatçıların sayı əsasən fərariliklə əlaqədar 3-5 min azalıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm