• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Milis rəisi rüşvətə görə tutuldu

  • Dünya
  • 28 Avqust 2015 09:04
  • 695 Baxış
Milis rəisi rüşvətə görə tutuldu

Ukraynanın Daxili İşlər Nazirliyinin Odessa şəhər idarəsinin rəhbəri 20 min dollar rüşvət aldığı üçün saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “Facebook”dakı səhifəsində ölkənin baş hərbi prokuroru Anadolu Matios yazıb.

Saxlanılan şəxsin adı və soyadı dəqiqləşdirilməyib. Prokuror qeyd edib ki, hərbi prokurorluğun nümayəndələri ilə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onun saxlanılması üçün birgə əməliyyat keçiriblər.

“Hadisə yerindəyəm. Lazımlı istintaq hərəkətləri həyata keçirilir”, - Matios qeyd edib.

O, rəsmi ittihamların irəli sürülməsi haqqında məlumat verməyib.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru təyin olunduqdan sonra vilayətdə korrupsiyaya qarşı mübarizəni priorotet elan edib. Mixail Saakaşvili Rusiyanın “Novoya Qazeta” nəşrinə bu yaxınlarda verdiyi müsahibəsində bu məsələyə toxunub: “Korrupsiya ilə mübarizə çox asandır. Bilmirəm kim rusiyalıları inandırıb ki, korrupsiya məğlubedilməzdir. Vacib olab 2-3 real addım atmaqdır və insanlar hər şeyi anlayacaqlar”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR