• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İŞİD azərbaycanlıların 5 kəndini ələ keçirdi: 27 nəfər öldürülüb

  • Dünya
  • 28 Avqust 2015 11:37
  • 2 217 Baxış
İŞİD azərbaycanlıların 5 kəndini ələ keçirdi: 27 nəfər öldürülüb

İŞİD Türkiyə və ABŞ-ın “təhlükəsiz zona” olaraq yaratmaq istədiyi bölgədə 5 kəndi ələ keçirib.

Publika.az xəbər verir ki, bu barədə Suriya Türkman Məclisinin başqanı Abdurrahman Mustafa məlumat yayıb.

Onun sözlərinə görə, koalisiya güclərinin bölgədə həyata keçirdiyi hava əməliyyatları terror qruplaşmasına təsir etmir.

“İŞİD-in ələ keçirdiyi 5 kəndən ikisi Türkiyə sərhədində, digər üç kənd isə Türkiyədən 20 kilometr uzaqlıqdadır”, - deyə o bildirib.

Məlumata görə, İŞİD-in ələ keçirdiyi kəndlər arasında türkman kəndləri də var.

A. Mustafa bildirib ki, terror təşkilatının ələ keçirdiyi kəndlər Azez bölgəsinin qərbində yerləşir: “Bölgədə Azad Suriya Ordusunun tərkibində döyüşən türkman tuqayları terrorçulara qarşı döyüşür. İŞİD-in hücum etdiyi Delha kənd olsa da, olduqca böyük bir yaşayış yeridir və əhalisinin hamısı demək olar ki, türkmanlardan ibarətdir. Hücuma məruz qalan Mera kəndinin əhalisinin yarısı da türkmanlardır. Məlumatlara görə, bu gün səhər saatlarında koalisiya gücləri İŞİD-ə qarşı hava əməliyyatları həyata keçirib. Bizim qaynaqlarımız əməliyyatların yetərsiz olduğunu deyir. Əldə etdiyimiz məlumatlara görə, İŞİD-in hücumları zamanı 27 türkman öldürülüb”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR