“Doğan” Qrupu Ankaranı qarışdırdı: “G-20 sammiti təxirə salına bilər”
Bizi izləyin

Dünya

“Doğan” Qrupu Ankaranı qarışdırdı: “G-20 sammiti təxirə salına bilər”

“Noyabrda Antalyada təşkil olunacaq G-20 sammiti təxirə salına bilər”.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Cümhuriyyət” qəzeti xəbər yayıb.

Xəbərdə deyilir ki, “Türkiyə hökuməti müxalifət mediasına qarşı əməliyyat keçirəcək” başlıqlı məlumatlara görə G-20 sammiti təxirə düşə bilər.

Qəzet yazır ki, bu tip xəbərlər sammitinin təşkilinə təhlükə yaradıb: “Bu cür xəbərlərdən sonra G-20 sammitinin təxirə salınması məsələsi gündəmə gəlib. Artıq bu məsələ ilə bağlı Türkiyə Baş nazirinin müavini Əli Babacan təcili olaraq baş nazirlə görüşüb və vəziyyəti ona anladıb”.

Qəzet həmçinin qeyd edir ki, məşhur sosial şəbəkə istifadəçisi olan Fuat Avninin müxalifət mediasına qarşı əməliyyat başladılacağı barədə şərhləri rəsmi Ankaranı qarışdırıb.

Xatırladaq ki, 2 gün öncə bloger Fuat Avni “twitter” səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə 1 noyabr növbədənkənar seçkilərdən öncə “Doğan” Media Qrupuna daxil olan KİV-lərə əl qoyulacağı, “Sözcü”, “Taraf” adlı qəzetlərə qarşı da əməliyyat keçiriləcəyi, “Cümhuriyyət” qəzetinin rəhbəri Can Dündarın isə casusluq maddəsi ilə həbs olunacağını yazıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm