Pilotsuz təyyarələr müharibəsi: Çin və Rusiya ABŞ-a qarşı
Bizi izləyin

Dünya

Pilotsuz təyyarələr müharibəsi: Çin və Rusiya ABŞ-a qarşı

Çin və Rusiya Amerika gözəgörünməz təyyarələrini zərərsizləşdirməyi planlaşdırır.

Publika.az “The National Interest” nəşrinə istinadən xəbər verir ki, əsas məqsəd pilotsuz uçuş aparatlarının köməyi ilə gözəgörünməz təyyarələr (stealth aircraft) sahəsində Amerikanın üstünlüklərini aradan qaldırmaqdır.

Bu il Çinin “İlahi qartal” (“Divine Eagle”) adını alan yeni pilotsuz uçucu aparatının ilk şəkilləri internetdə çıxdı. Xarici müşahidəçilərinin fikrincə, uçuş aparatı Çinin materik sahəsinə yaxınlaşan düşmənin uçucu aparatlarını məhv etmək üçün hazırlanıb. “İlahi qartal”dan həmçinin ABŞ-ın “B-2” strateji nüvə bombardmançıları, həmçinin DDG 1000 kimi yüksək texnologiya ilə təmin olunan hərbi gəmilərə qarşı istifadə oluna bilər. “İlahi qartal” yüksək hündürlüklərdə uçuşlar həyata keçirərək hava hücumundan müdafiə sistemlərini aşkarlamağa qadirdir.

“Flight Global” veb-saytının yazdığına görə, Rusiya da ehtimal ki, oxşar vasitələr hazırlayır. Amma hazırda Rusiyada “İlahi qartal” kimi ABŞ-ın “F-35”, “F-22” və “B-2” bombardmançı təyyarələrini aşkar edən hərbi vasitələr yoxdur. ABŞ-ın sözügedən bombardmançıları yüksəktezlikli diapazonlarda işləyən radarlar üçün görünməz olurlar. Amma Rusiya bu istiqamətdə işləyir. “Flight Global” saytının yazdığına görə, yaradılması planlaşdırılan uçuş aparatı Amerika təyyarələrini aşkar edəcək, həm də özünü radarlardan gizlədə biləcək. “Əgər bu alınsa, ölümcül kombinasiya olardı”, - “Flight Global” yazıb.

Ancaq ABŞ-ın hərbi sənayesi gələcək onilliklərə hazırlaşaraq, hava sahəsində Rusiya və Çin üzərində üstünlüyünü saxlamaq istəyir. ABŞ hazırda altıncı nəsil F/A-XX qırıcıları üzərində işləyir. Rusiya və Çinin hazırladığı pilotsuz uçuş aparatlarının bu qırıcıları “görməsi” isə mümkünsüz olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm