“Sus, zənci” – Barak Obama Rusiyadakı həbsindən yazdı
Bizi izləyin

Dünya

“Sus, zənci” – Barak Obama Rusiyadakı həbsindən yazdı

ABŞ prezidenti Barak Obama 2005-ci il avqustun 28-də Rusiyada həbs olunmasını “Ümidin hünəri” xatirələr kitabına salıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Perm vilayətində saxlanılmasını öz kitabında xüsusi olaraq qeyd edib.

Düz 10 il bundan əvvəl sərhədçilər Permdəki “Bolşoe Savino” aeroportunda ABŞ-ın gələcək prezidentini saxlayıblar. Həmin vaxt İllinoys ştatının senatoru olmuş Obama nüvə silahlarının ləğvinə nəzarət məqsədilə yaradılmış komissiyanın tərkibində Permə, Kirov adına zavoda gəlib.

Senator şəhərdə cəmi bircə gün qalıb. O, öz təyyarəsinə mindikdə sərhədçilər təyyarənin göyərtəsində axtarışlara başlayıblar.

ABŞ prezidenti “Ümidin hünəri” kitabında xatırlayır ki, o, ruslara təyyarəsinin ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus olduğunu başa salmaq istəyib. Buna görə də onların yoxlama aparmağa ixtiyarı yoxdur. Lakin sərhədçilər “Sus, zənci”– deyə onu aşağılayıblar və senatoru aeroportun istirahət otağına araq içməyə göndəriblər.

Amerika komissiyasının üzvləri ilə danışıqlar uğurla nəticələnib və təyyarə yarım saat sonra Permdən səmaya qalxıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm