Pentaqon ABŞ-ın düşmənlərinin adını açıqladı
Bizi izləyin

Dünya

Pentaqon ABŞ-ın düşmənlərinin adını açıqladı

“ABŞ üçün əsas təhdidlər “İslam dövləti” və Rusiyadır”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kaliforniyada dəniz piyada qoşununun hərbi qulluqçuları qarşısında çıxış edən ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Eşton Karter deyib.

O, qeyd edib ki, son bir il ərzində Rusiyanın hərəkətləri başqa ölkələrlə qarşıdurmanı gücləndirir. Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri rusiyalıları yanlış istiqamətə aparır.

Xatırladaq ki, ABŞ rəsmiləri bir neçə dəfə İŞİD və Rusiyanın ölkələri, o cümlədən dünya üçün təhlükəli olduğunu bildiriblər. ABŞ prezidenti Barak Obama ötən il sentyabrında BMT Baş Assambleyasının sessiyasında Ebola virusu, Rusiya və İŞİD-i dünya üçün əsas təhdid adlandırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm