Sinan Oğan açıqladı: “Baxçalı mənə dedi ki...”
Bizi izləyin

Dünya

Sinan Oğan açıqladı: “Baxçalı mənə dedi ki...”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) İğdırdan seçilmiş sabiq deputatı Sinan Oğan üzvü olduğu Milliyyətçi Hərəkat Partiyasından (MHP) xaric edilməsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Sinan Oğan partiyadan xaric edilməsində MHP lideri Dövlət Baxçalını ittiham edib.

Sinan Oğan səbəbsiz yerə MHP-dən kənarlaşdırıldığı üçün Dövlət Baxçalını məhkəməyə verəcəyini bəyan edib: “Artıq bu barədə Baxçalının özünə də bir millət vəkili vasitəsilə xəbər göndərmişəm. Məsələni hüquqi müstəvidə həll etmək niyyətindəyəm. Nə olursa olsun, mən MHP-yə dönmək istəyirəm”.

Sabiq deputat 2014-ci ildə MHP lideri ilə münasibətlərində problemlərin yaşandığını da xatırladıb: “Mən 2014-cü ildə Dövlət Baxçalının şəxsən özünə “sizə hörmət edirəm, ancaq siz yalnız öz istəyinizlə hərəkət edirsiniz" deyə müraciət etmişəm. Bundan sonra Dövlət Baxçalı gördü ki, mən başqa partiyaya getmirəm. O da bir millət vəkili vasitəsilə mənə xəbər göndərdi ki, MHP-dən çıxıb başqa partiyaya keçim. Hətta, məni təhdid də edərək bildirib ki, əgər öz istəyimlə partiyadan getməsəm, o zaman məcburi şəkildə atılacam. Mən siyasi partiyalarda ədalətli və demokratik vəziyyətin hökm sürməsinə tərəfdaram. Ona görə də üzləşdiyim bu ədalətsizliyi diqqətə almamağım mümkün deyil”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm