Kremlə növbəti mesaj: “Federallaşma və xüsusi status olmayacaq”
Bizi izləyin

Dünya

Kremlə növbəti mesaj: “Federallaşma və xüsusi status olmayacaq”

“Kiyev ölkədə konstitusiya islahatını keçirəcək, amma ölkədə heç bir federallaşma və ya xüsusi status olmayacaq”.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

“Ukraynada heç bir federallaşma və xüsusi status olmayacaq. Və məhz bunun üçün bazar ertəsi parlamentdə səs verəcəyik. Ukraynanın unitar statusunu qoruyacağıq. Bu səsvermə ilə Ukraynanı qorumalıyıq”, - “Həmrəylik” Partiyasının qurultayında dövlət başçısı söyləyib.

Ukraynanın şərqində yaradılan separatçı “xalq respublikaları”nın nümayəndələri isə Konstitusiyaya düzəlişlərin “respublikalar”la uyğunlaşdırmağı və Minsk prosesi çərçivəsində müzakirəyə çıxarılmasını tələb edirlər.

Kreml isə Ukraynadan Donetsk və Luqansk vilayətlərinə xüsusi status verilməsini tələb edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm