Nə baxırsan yetim-yetim?! - prezidentlərin qeyri-adi FOTOLARI (ƏLAVƏ OLUNUB)
Bizi izləyin

Dünya

Nə baxırsan yetim-yetim?! - prezidentlərin qeyri-adi FOTOLARI (ƏLAVƏ OLUNUB)

Siyasətçilər, prezidentlər və baş nazirlər də adi insanlar kimi xoşagəlməz vəziyyətlərə düşə bilərlər.

Publika.az tanınmış siyasətçilərin gülünc vəziyyətə düşdüyü bir sıra fotolarını təqdim edir.

İndoneziyanın keçmiş prezidenti Əbdürrəhman Vahidə tənqidçilərin nitqini dinləmək heç zaman nəsib olmayıb. Çünki tənqidçilər tribunaya çıxar-çıxmaz prezidenti yuxu tutur. Bu fotoda isə prezident özünün yazdığı nitqi “dinləyir”.

2015-ci ildə kraliça II Yelizaveta avtomobil sürərəkən yoldan çıxır. Böyük Britaniyada kraliça avtomobili sürücülük vəsiqəsi olmadan idarəetmə hüququna malik yeganə şəxsdir. Görünür, o, bu imtiyazdan istifadə edərək qaydanı pozub. Qeyd edək ki, Britaniyada qazona çıxmaq qəti qadağandır.

2014-cü ildə Angela Merkel Yeni Zelandiyaya səyahəti zamanı maori tayfasının ənənəvi salamlama mərasiminə qatılıb. “Pofiri” adlanan salamlama mərasimində insanlar burunlarını bir-birlərinə toxundururlar.

Fransa prezidenti Fransua Olland ayaq üstə mürgüləyib.

“Böyük səkkizlik” liderlərinin 2009-cu ildə İtaliyada keçirilən sammit görüşündə çəkdirdikləri foto.

Həmin sammit görüşündən daha bir xatirə fotosu. Ölkə liderləri podiumda gənc nümayəndələrlə yanaşı durub şəkil çəkdirməyə hazırlaşırdılar. Barak Obama Braziliyadan olan 16 yaşlı Mayor Travesə, Fransa prezidenti isə bic-bic həmkarına baxır.

Fransa prezidenti Nikolya Sarkozi mətbuat konfransı zamanı Almaniya kansleri Angela Merkelin yanında əyləşmiş İtalyanın baş naziri Silvio Berluskoniyə qulaq asmaq üçün onun boynundan yapışıb.

2003-cü ildə prezident Corc Buş ikitəkərli skuterdə tarazlığını itirərək yerə sərilib.

ABŞ prezidenti Barak Obama şalvarını təmizləyərkən.

Tələbə qız Obama ilə salamlaşmaq üçün əlindəki yoqurt dolu qabı yerə qoymuşdu, lakin kimsə yoqurta toxunaraq onu prezidentin üstünə dağıdır.

8 fevral, 2002-ci il: Silvio Berluskoni ispan xarici işlər naziri Del Jozef Pikenin arxasında dayanarkən göstərdiyi jest.

ABŞ-ın birinci xanımı Mişel Obama və ABŞ-ın keçmiş prezidenti Bill Klinton ölkənin hazırki prezidenti Barak Obamanın nitqini mehribancasına dinləyərkən. Mişel Obamanın Klintonun dizini oxşaması fotoqrafların gözündən yayınmayıb.

2013-cü ildə Ağ Evdə rəsmi çıxışı zamanı Barak Obamanın əsəblərini tarıma çəkən milçək sonda prezidentin alnına qonur.

Prezident Barak Obama və birinci xanımı Mişel Obama İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ilə salamlaşarkən. Adı mütəmadi olaraq qadınlarla hallandırılan baş nazirin Mişeli salamlama jesti deyəsən Barak Obamanın o qədər də ürəyincə olmur.

ABŞ prezidenti Barak Obama Pasxa bayramı münasibətilə Ağ Evə toplaşmış uşaqlara nağıl danışarkən.

Corc Buş 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya oyunlarında ABŞ qadın voleybolunun məşqində iştirak edir.

Corc Buş Pekində keçirilən mətbuat konfransında jurnalistlərin suallarına cavab verməkdən imtina edərək qapını çırpıb gedir.

Eks-prezident Corc Buş bu dəfə rəqs etmək məharətini göstərir. O, qaradərililərdən heç də geri qalmır.

Nikolya Sarkozi məşhur aktrisa Barbara Streyzandı ehtiraslı öpüşə qərq edir. Amma deyəsən, qara dərili qadın onun zövqüncə deyil. Sanki qadından canını qurtarmağa çalışır.

Sabiq ABŞ prezidenti Bill Klinton heç də həmkarlarından geri qalmır.

Boris Yeltsin: “Ah, cavanlıq, cavanlıq”.

Böyük Britaniya kraliçası II Yelizaveta.

Dimitri Medvedyev 2009-cu ildə Stokholm sammitində olarkən.

Moskva meri Yuri Lujkov.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm