• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Əl-Qaidə” İŞİD-ə mesaj göndərdi

  • Dünya
  • 29 Avqust 2015 02:18
  • 986 Baxış
“Əl-Qaidə” İŞİD-ə mesaj göndərdi

“Əl-Qaidə” lideri Ayman əl-Zəvahirinin “İmamla keçən günlər” başlıqlı video seriyasının yeddinci sayı dərc edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Zəvahiri İŞİD terror qruplaşması və rəhbərlik etdiyi “Əl- Qaidə”nin üzvlərinə açıq mesajlar göndərib.

“Əl-Qaidə” lideri ilk videosunda Talibanın yeni rəhbəri Molla Ahtar Məhəmməd Mənsura biət edib, ikinci videosunda isə “Əl-Qaidə”nin keçmiş lideri Üsamə bin Ladenin oğlu Həmzəni “Əl-Qaidə”nin aslanı” olaraq dünyaya tanıdıb. Zəvahirinin ilk iki videomesajındakı səsi fotoşəkillə verilib.

Zəvahirinin üçüncü mesajı isə video şəklində təqdim edilib. O, 35 dəqiqə davam edən videoda Üsamə bin Laden ilə birlikdə keçirdiyi günlərdən danışıb. Terror təşkilatının lideri İŞİD və “Əl-Qaidə” arasındakı ixtilafa toxunub və “Əl-Qaidə”ni açıq şəkildə haqlı hesab edib.

Zəvahiri “Əl-Qaidə”nin İŞİD-dən üzr istəməyəcəyini də ifadə edib.

Qeyd edək ki, İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnanı bütün rəqib qruplaşmalara müraciət edərək Əbubəkr əl-Bağdadinin “xilafət”inə qarşı döyüşdüyü onları Bağdadidən üzr istəməyə çağırıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR