• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Angela Merkeli fitə basan qadına cinayət işi qaldırılıb - FOTO

  • Dünya
  • 29 Avqust 2015 06:33
  • 273 Baxış
Angela Merkeli fitə basan qadına cinayət işi qaldırılıb - FOTO

İki gün öncə Haydenau şəhərinin miqrant düşərgəsinə baş çəkən Almaniya kansleri Angela Merkel nümayışçı qrup tərəfindən fitə basılaraq təhqir edilib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, artıq Aşağı Saksoniyanın Federal əyalət polisində A.Merkeli təhqir edən nümayışçiyə qarşı təhqir faktı üzrə cinayət işi açılıb. Hüquq mühafizə idarəsindən bildirilib ki, hazırda səfərin videoyazısı araşdırılır.

Videoyazıya əsasən, nümayışçi qadın əlində “Xalqın satqını” şüarı yazılmış plakatı tutaraq Almaniya kanslerinin ünvanına təhqiramiz ifadələr yağdırıb. Hazırda yerli dairələr tərəfindən şəhər sakinlərinə azad toplaşmaq qadağası da tətbiq edilib.

Hökumətin bu qərarı Almaniyanın müxalif partiyaları, hüquq müdafiəçiləri və həmkarlar ittifaqı tərəfindən kəskin qınanıb. Bildirilib ki, toplaşmaq qadağası şəhər əhalisinə qarşı yox, miqrantlara qarşı radikallığı ilə seçilən millətçi qruplara şamil edilməlidir.

Qeyd edək ki, avqustun 22 və 23-də sözügedən şəhərin qaçqın düşərgəsinə hücum etmək istəyən millətçilərlə polis arasında qarşıdurma baş vermışdi. Küçə döyüşləri nəticəsində 30-dan çox asayiş keşikçisi xəsarət almışdı. Ümumiyyətlə, Almaniyada qaçqın axını artandan bəri sağçı qüvvələrin miqrantların düşərgə və sığınacaqlarına hücumları intensiv hal alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR