Şok qərar: “Günahkar tapılmasa, bacılarına təcavüz edin!”
Bizi izləyin

Dünya

Şok qərar: “Günahkar tapılmasa, bacılarına təcavüz edin!”

Hindistanda evli bir qadınla qaçan gəncin tapılmaması onun bacılarını hədəfə çevirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qadın Hindistanın zəngin ailələrindən birinin üzvü olduğu üçün dərhal ailə şurası toplanıb və Ravi adlanan gəncə veriləcək cəzanı müəyyənləşdiriblər.

Verilən cəza isə çox dəhşətli olub: gəncin iki bacısının üzü bağlanılmalı və çılpaq halda insanların içinə atılmalı idi. Yəni, "ailə məhkəməsi" qızlara təcavüz edilməsini məqbul hesab edib.

Lakin məsələyə rəsmi məhkəmə müdaxilə edib və hökmün yerinə yetirilməsinə icazə verməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm