• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

PKK-çılar Türkiyədə avtobusu partlatdı: 24 nəfər yaralandı

  • Dünya
  • 29 Avqust 2015 11:06
  • 550 Baxış
PKK-çılar Türkiyədə avtobusu partlatdı: 24 nəfər yaralandı

Türkiyənin Suriya ilə sərhəddə yerləşən Mardin vilayətində avtobus minaya düşüb. Hadisə nəticəsində 24 nəfər xəsarət alıb. Onların arasında 10 nəfər polis əməkdaşı da var.

Publika.az xəbər verir ki, “Habertürk”ün yazdığına görə, təxribatı PKK-dan olan üsyançılar həyata keçiriblər.

“İtar-Tass”ın yazdığına görə, artıq yerli təhlükəsizlik qüvvələri partlayışın təşkilatçılarını tapmaq məqsədilə irimiqyaslı əməliyyata başlayıb.

Qeyd edək ki, iyul ayının ortalarından türk ordusu İraqın şimalında və ölkə ərazisində PKK-ya qarşı bir neçə əməliyyat keçirib. Bunun həmin əməliyyatlara cavab ola biləcəyi ehtimal olunur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR