Qasırğa bu ölkəni tanınmaz hala saldı - FOTOLAR
Bizi izləyin

Dünya

Qasırğa bu ölkəni tanınmaz hala saldı - FOTOLAR

Karib dənizi ölkələrindən biri olan Dominikan respublikasında tüğyan edən “Erika” tropik qasırğası 31 nəfərin itkin düşməsinə səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkəyə dəyən zərər Dominikan respublikasını düz 20 il geriyə atıb.

Baş nazir Ruzvelt Skerrita fəsadların gözlənildiyindən də artıq olduğunu deyib. Ölkədə yüzlərlə ev, körpü və yollar dağılıb.

Hadisəni ümummilli faciə adlandıran baş nazir Dominikanı yenidən qurmağa ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, bir çox rayonlar tanınmaz hala düşüb. “Erika” qasırğasından ölənlərin sayı 35-ə çatıb.

Qeyd edək ki, cümə axşamından etibarən “Erika” qasırğası Dominikan dövlətinə çatıb. Adanın 80 faizi işıqsız və susuz qalıb. Daşqınlar səbəbindən hava limanı bağlanıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm