İŞİD aksiya keçirən 200 nəfəri qaçırdı
Bizi izləyin

Dünya

İŞİD aksiya keçirən 200 nəfəri qaçırdı

İŞİD terror təşkilatı İraqın Anbar vilayətinin qərbində yerləşən Ratbe şəhərində yaxınlarının öldürülməsinə etiraz edən təxminən 200 nəfəri qaçırıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Anbar vilayətinin səlahiyyətlilərindən biri deyib.

Onun sözlərinə görə, şəhər sakinlərindən biri mübahisə etdiyi İŞİD üzvünü öldürüb, təşkilatın üzvləri isə həmin şəxsi şəhərin mərkəzində insanların gözləri qarşısında güllələyiblər. Hadisədən sonra şəhərin yüzlərlə sakini etiraz olaraq küçələrə çıxıb.

Qaçırılan 200 nəfərin İŞİD-in şəhərdəki həbsxanalarında saxlanıldığı bildirilir.

Qeyd edək ki, İŞİD 2014-cü ilin ikinci yarısından Ratbe şəhərini nəzarəti altında saxlayır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm