Birgə əməliyyat başladı: Türkiyə İŞİD-i vurdu
Bizi izləyin

Dünya

Birgə əməliyyat başladı: Türkiyə İŞİD-i vurdu

Türkiyə və koalisiya qüvvələrinə aid təyyarələr Suriyada İŞİD terror təşkilatının hədəflərini vurub.

Publika.az“Haber7” saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

“Hərbi təyyarələrimiz dünən axşamdan etibarən koalisiyaya aid təyyarələrlə birlikdə İŞİD hədəflərinə qarşı hava əməliyyatları həyata keçirməyə başlayıb”, - açıqlamada deyilir.

Qeyd edək ki, İŞİD-ə qarşı birgə əməliyyatların həyata keçirilməsi barədə ABŞ və Türkiyə arasında texniki xarakterli sənəd 24 avqust 2015-ci tarixində imzalanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm