Dünyanın ən güclüləri: Ladeni və Əfqanıstan prezidentini onlar öldürdülər - FOTOLAR
Bizi izləyin

Dünya

Dünyanın ən güclüləri: Ladeni və Əfqanıstan prezidentini onlar öldürdülər - FOTOLAR

Dünya ordularının gücünü bir çox hallarda mobil qruplar şəklində olan xüsusi təyinatlı qüvvələr müəyyən edir. Xüsüsi təyinatlı qüvvələrin peşəkarlığı istər müharibələrdə, istərsə də xüsusi əməliyyatlarda böyük əhəmiyyət kəsb edir.

Publika.az xarici mediaya istinadən dünyanın ən güclü xüsusi təyinatlı qüvvələrini təqdim edir.

GIGN - Fransa

Fransa Milli Jandarma Birliyi 1972-ci il Münhen Olimpiya Oyunlarında baş verən hadisələrdən sonra ortaya çıxıb. Təxminən 400 üzvü olan GIGN dünyanın müxtəlif bölgələrində anti-terror əməliyyatlarında iştirak edir.

SSG – Pakistan

İngiltərənin SAS və ABŞ-ın xüsusi təyinatlı qüvvələrindən nümunə alan SSG 1956-cı ildə qurulub. Neçə üzvünün olması sirr kimi saxlanır. Amma 10 taburdan ibarət olduğu təxmin edilir. Bu isə təxminən 8-9 min xüsusi təyinatlı deməkdir.

EKO-Cobra - Avstriya

1972-ci il Münhen Olimpiya Oyunlarında israilli idmançıların girov götürülməsindən sonra qurulub. 450 nəfərlik qüvvə döyüş, snayper, taktika, psixoloji və fiziki təlimlərdən keçirilir.

Delta Force - ABŞ

Terrorla mübarizə sahəsində ixtisaslaşan Delta Force qrupu 1977-ci ildə qurulub. Birləşmiş Ştatların iki əsas anti-terror qrupundan biridir. Bu çox gizli vəzifələrlə yanaşı, girovları azad etmək və düşməninin gizli güclərini məhv etmək kimi vəzifələri var.

JTF2 – Kanada

1993-ci ildə bir neçə yüz nəfərlə qurulan qrup 2001-ci il 11 sentyabr hücumlarından sonra genişləndirilib. İraqda girovların azad edilməsi və Bosniyada serb snayperlərin məhv edilməsi kimi bir çox əməliyyata qatılıb.

“Bordo Berelilər” - Türkiyə

“Bordo Berelilər” dünyanın ən güclü xüsusi təyinatlı qüvvələrindən hesab olunur. 1992-ci ildə qurulub. “Bordo berelilər” birbaşa olaraq Baş qərargah başçılığına tabedir.

“Alfa” qrup - Rusiya

SSRİ dövründə qurulan “Alfa” sülh və müharibə dövründə kəşfiyyat və xüsusi əməliyyatları həyata keçirir. Qrup 1979-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əmri ilə Əfqanıstan prezidenti Hafizullah Aminə qarşı müvəffəqiyyətli sui-qəsd təşkil edib. 1978-ci ildə İngiltərəyə qaçan agent Vladimir Rezuna görə, “Alfa”nın 1970-1980-ci illərdə 20 briqadası və 30 minə qədər üzvü var idi.

“Shayetet 13” – İsrail

İsrail Dəniz Qüvvələrinin xüsusi əməliyyat gücüdür. 1948-ci ildə qurulub. “Shayetet 13”ün əməliyyatları çox gizli saxlanılır. Amma 1967-73-ci illərdəki İsrail-ərəb müharibələrində ölkəsi üçün əhəmiyyətli əməliyyatlarda iştirak edib.

Navy SEAL – ABŞ

Navy SEAL-ın 2700-ə yaxın üzvü olduğu təxmin edilir. Qrup dünyada ən çətin olan təlimlərdən keçir. Qrupa qatılanların 90 faizi təlimləri başa çatdıra bilmir. Navy SEAL “Əl-Qaidə” lideri Üsamə bin Ladenin öldürüldüyü əməliyyatı həyata keçirib.

SAS - Böyük Britaniya

1941-ci ildə qurulan Special Air Service (SAS) İkinci Dünya Müharibəsi, İndoneziya-Malayziya qarşıdurması, Şimali İrlandiya problemi. Falkland, İraq və Əfqanıstan müharibələrində iştirak edib. SAS-ın tərkibində snayper qrupu var və bu qrup gizli hücumları ilə məşhurdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm