• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Çadda "Boko Haram"ın 10 üzvü edam edilib

  • Dünya
  • 30 Avqust 2015 15:19
  • 277 Baxış
Çadda "Boko Haram"ın 10 üzvü edam edilib

Çadda islamçı radikal "Boko Haram" qruplaşmasının 10 üzvü güllələnərək edam edilib.

Onların barəsində ölüm hökmü dünən paytaxt Ncamenada, məkanı gizli saxlanan məhkəmədə çıxarılıb. Müttəhimlərin hamısı ötən iyunda törədilmiş basqına görə ittiham olunurdular.

Bu basqın nəticəsində 38 nəfər həlak olmuşdu.

Bu hücumdan sonra Çadda terror cinayətləri üçün ölüm cəzası bərpa edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR