Almaniyada qaçqınlara dəstək yürüşü keçirilib
Bizi izləyin

Dünya

Almaniyada qaçqınlara dəstək yürüşü keçirilib

Almaniyanın Drezden şəhərində qaçqınları dəstəkləyən izdihamlı nümayiş keçirilib.

Mətbuat xəbər verir ki, son günlər bu şəhərdə miqrantlara qarşı ifrat sağçı qruplaşmalar tərəfindən təşkil olunan zorakılıqlar baş verib.

Ötən həftə Heydenau şəhərindəki qaçqın düşərgəsinə baş çəkərkən kansler Angela Merkel fitə basılmışdı.

Almaniyadan bu il 800 min miqrantın sığınacaq istəyəcəyi gözlənilir. Bu, bütün Avropa İttifaqında ən böyük rəqəmdir.

Polis bildirir ki, Antinasist Alyansının çağırdığı dəstək mitinqinə minədək nümayişçi qoşulub.

Təşkilatçılar mitinqdə 5 min insanın iştirak etdiyini söyləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm