
"Türk ulduzları" Ankarada 30 avqust Zəfər Bayramı münasibətilə təşkil edilən mərasimdə şou nümayiş etdirib.
Türk Hava Qüvvələrinə aid təyyarələrin aviaşousu izləyənləri ovsunlayıb. Nümayiş əsnasında son günlər yaşanan terror hadisələri nəticəsində şəhid olanların adları sadalanıb. Nümayiş "Türk ulduzları"nın havada ürək rəsmi cızması ilə başa çatıb. Həmin görüntüləri təqdim edirik. /Teleqraf.com/