Almaniya ordusunu İsrailə göndərir
Bizi izləyin

Dünya

Almaniya ordusunu İsrailə göndərir

Almaniya Silahlı Qüvvələri ilə İsrail ordusu arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Axar.az xəbər verir ki, “Velt am Sonntag” qəzetində yer alan məlumata görə, oktyabr ayında alman ordusunun 110 əsgəri İsrailin Tseelim şəhərində terrorla mübarizə mövzusunda kurs keçəcək.

Eyni zamanda İsrail hərbçiləri dekabrda Almaniyada təşkil olunacaq xüsusi kursda iştirak edəcək.

Xatırladaq ki, Almaniya ilə İsrail silahlı qüvvələri arasında 2015-ci ildə 72 əməkdaşlıq müqaviləsi imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm