Terroçuların tutulmasına kömək edənlərə mükafat veriləcək
Bizi izləyin

Dünya

Terroçuların tutulmasına kömək edənlərə mükafat veriləcək

Türkiyədə terrorçuların və ağır cinayətkarların tutulmasına kömək edən şəxslərə dövlət tərəfindən yüksək məbləğdə mükafat veriləcək.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Türkiyədə bununla bağlı qanuna əlavə və dəyişiklik edilib. Yeni qərara görə, Türkiyədə hər hansı terrorçunun tutulmasına kömək edən hər bir adama dövlət tərəfindən 200 min lirəyə qədər pul mükafatı veriləcək.

Hər bir mükafatın məbləğini isə Qiymətləndirmə Komissiyası müəyyən edəcək.

Bundan əlavə, Qəndildəki PKK və digər terror təşkilatı liderlərinin tutulmasına kömək edəcək şəxslərə isə 4 milyon lirə mükafat veriləcək.

Yeni qərar təkcə Türkiyə deyil, xarici ölkə vətəndaşlarına da şamil edilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm