“Pələnglər” imperiya ambisiyalarını ortaya qoydu: yer altında qurultay
Bizi izləyin

Dünya

“Pələnglər” imperiya ambisiyalarını ortaya qoydu: yer altında qurultay

Avqustun 28-də Moskvada “Vətən” Partiyasının yeni gənclər hərəkatının təsisedici qurultayı keçirilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, “vətənpərvər” gənclər Rusiyanı imperiya olaraq görür və “satqınlar”la – liberallarla mübarizə aparmaq niyyətindədir.

Qurultayın 65 metr yerin dərinliyində - Taqanrake bunkerdə keçirilməsi diqqət çəkir. Bunker 1951-1956-cı illldə SSRİ-in birinci şəxsləri üçün anti-nüvə sığınacağı kimi tikilib. Bunker hazırda muzey və əyləncə kompleksi kimi fəaliyyət göstərir. Yerin seçimi təsadüfi hesab olunmur. Qurultayın təşkilatçıları vurğulayırlar ki, bu böyük imperiya və onun hərbi gücü barədə siqnaldır.

“Vətən” Partiyasının gənclər siyasəti üzrə Məsləhət Şurasının sədri Vladimir Laktyuşin bildirib ki, qardaş Ukraynada olduğu kimi Rusiyada da düşmənlərə hakimiyyəti ələ keçirməyə imkan verməyəcəklər: “Bizim fikrimizcə, Rusiya həmişə imperiya olub və olacaq. Rusiya imperiya ambisiyalarının mövcudluğunu inkar etməyə məcbur deyil. Susmaq və utanmaq artıq bizlik deyil. Bizim daxili düşmənlərimiz var. Daxili düşməndən daha qorxunc düşmən yoxdur. Bunlar həm də yalnız düşmənlər deyil, satqınlardır”.

O, qurultayın fasiləsində “daxili düşmənlər”in kimliyini dəqiqləşdirib: Aleksey Navalnı, Mixail Kasyanov və “ölkəni geriyə aparan” digər insanlar.

Prezientin sevimli heyvanı olan Amur pələngi yeni hərəkatın simvolu seçilib. Laktyuşinin sözlərinə görə, Amur pələngində əhəmiyyət üstünlük var və bu heyvan Rusiyanın simvolu sayılan ayıdan fərqli olaraq qış yuxusuna getmir.

Bütün ölkə ərazisində hərəkatın bölmələrinin yaradılması planlaşdırılır. Hazırda hərəkatın 5 min üzvü var, il yarım ərzində onların sayı ən azı iki dəfə artırılmalıdır. Perspektivdə gənclərin kadr ehtiyatının yaradılması, Rusiyanın bütün regionlarında müxtəlif vətənpərvərlik cəmiyyətləri və biznes-klubların yaradılması, gənclərin siyasətə cəlb edilməsi planlaşdırılır.

“Vətən” Partiyasının banisi, Rusiya baş nazirinin müavini Dmitri Roqozin qurultaya gəlməmişdi. Dmitri Roqozinin nümayəndəsi Nikita Anisimov bildirib ki, baş nazir müavininin indiki statusu ona siyasətdə fəal iştirak etməyə imkan vermir. Bununla belə, Roqozin əvvəlki kimi hesab edir ki, Rusiya siyasətində partiyanın böyük gələcəyi var. O, 2014-cü ilin iyununda mətbuata müsahibəsində “Vətənin böyük potensiala malik olduğunu və hələ yatan nəhəng olduğunu deyib.

Bir çox siyasi ekspertlər yeni gənclər hərəkatının “Vahid Rusiya” Partiyası üçün təhlükə ola bilər. Qeyd edilir ki, gənclər hərəkatı Putinin partiyası olan “Vahid Rusiya”nın seçicilərinin bir hissəsini ələ keçirə bilər.

Amma “Vətən”dən əmin edirlər ki, onların tərəfdarları yalnız Rusiyanın düşmənləri ilə məfkurə cəhətdən və qanun çərçivəsində mübarizə aparacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm