Mer uşaqlarla birlikdə fəvvarədə çimdi - FOTOLAR\VİDEO
Bizi izləyin

Dünya

Mer uşaqlarla birlikdə fəvvarədə çimdi - FOTOLAR\VİDEO

Kiyev şəhərinin meri Vitali Kliçko yeni istirahət ocağının açılışında iştirak edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Poçt" meydanının açılışında iştirak edən Vitali Kliçko uşaqlara qoşularaq fəvvarədə çimib. Həmin meydan Kiyev sakinlərinin istirahəti üçün nəzərdə tutulub.

"Yaxın vaxtlarda burada kafelər və digər iaşə obyektləri də istifadəyə veriləcək. Əminəm ki, bu ərazi piyadalar üçün ən sevimli məkanlardan biri olacaq. Meydanda çox gözəl atmosfer və sərinləşdirici fontan var", - islanmış Kliçko deyib.

Şəhər meri əlavə edib ki, kompleksin tam açılışı gələn ilin yazında olacaq. Kompleksdə yeni muzeyin açılışı da nəzərdə tutulur. Orada ziyarətçilər qazıntılar zamanı tapılmış 11-ci əsrə aid olan qədim abidələrlə də tanış ola biləcəklər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm