Misirdə azanın mətninə “Facebook” sözü əlavə olundu
Bizi izləyin

Dünya

Misirdə azanın mətninə “Facebook” sözü əlavə olundu

Misirdə səhər namazı zamanı verdiyi azanın sözlərini dəyişdirməsi müəzzinə baha başa gəlib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Misirin şimalındakı Əl-Buheyra vilayətində yerləşən Seyid Qazi Məscidinin müəzzini Mahmud Əl-Moghazi səhər azanındakı “namaz yuxudan daha xeyirlidir” ifadəsini “Namaz “Facebook”dan daha xeyirlidir” ifadəsi ilə əvəz edib.

Vəzifəsindən kənarlaşdırılan müəzzin barəsində istintaq başlayıb. Məscid camaatından biri qatıldığı televiziya proqramında Moghazini “kafir” adlandırıb və ona görə camaatın məscidə gəlmədiyini söyləyib.

Müəzzin isə ittihamlara cavab olaraq həmin şəxsin “Müsəlman Qardaşları” Təşkilatına simpatiyası olduğunu deyib. O, vəzifəsindən uzaqlaşdırılmasına etiraz olaraq aclıq aksiyasına başlayacağın söyləyib və Misir prezidenti Əbdülfəttah Əl-Sisiyə müraciət edərək bağışlanmasını istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm