• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İŞİD üzvləri neft pulları ilə Türkiyəyə qaçır - İDDİA

  • Dünya
  • 1 Sentyabr 2015 08:56
  • 1 360 Baxış
İŞİD üzvləri neft pulları ilə Türkiyəyə qaçır - İDDİA

Suriyanın Haseke bölgəsindəki neft quyularına görə cavabdeh olan İŞİD üzvü 4 milyon dollarla yoxa çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD üzvünün Türkiyəyə qaçdığı iddia edilir.



Onun adı açıqlanmayıb.

Məlumata görə, bu hadisə yeni deyil və İŞİD üzvləri imkan tapan kimi əldə etdiyi pullarla təşkilatdan qaçırlar. Belə ki, Suriyanın Deyr-uz Zur bölgəsindəki neft quyuları üzrə cavabdeh olan Amer Əl-Neklavinin də büyük miqdarda pullarla Türkiyəyə qaçdığı bildirilir.

Bundan başqa, Suriyanın Əl-Meyadin şəhərinin maliyyə məsələləri üzrə cavabdeh şəxsi Əbu Ubeyd Əl-Misri mağazalar və xalqdan topladığı 4 milyon dolları oğurlayaraq qaçıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR