
“S-300” zenit-raket komplekslərinin çatdırılması barədə Rusiya ilə razılıq əldə edən İran bu ölkədən “Sukhoi-30” qırıcılarını almaq niyyətindədir.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İranın müdafiə naziri Hüseyn Dehkan Rusiyadan “Sukhoi-30” tipli döyüş təyyarəsi almaq üçün rusiyalı səlahiyyətlilərlə danışıqlar apardığını söyləyib.
Dünyanın ən inkişaf etmiş döyüş təyyarələrindən olan çoxməqsədli və ikipilotlu “Sukhoi-30” qırıcıları ABŞ-ın F-15 qırıcılarının Rusiyadakı qarşılığı hesab edilir.
Ömər Dağlı