Tunellər Əsədin qorxulu yuxusuna çevrildi
Bizi izləyin

Dünya

Tunellər Əsədin qorxulu yuxusuna çevrildi

Suriyanın müxalifət güclərinin Hələbdə qazdıqları tunellər rejim güclərinin qorxulu yuxusuna çevrilib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müxalifət silahlıları şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərdəki rejim güclərinin qərargah kimi istifadə etdiyi binaları tunellərin köməyi ilə havaya uçurur.

“Şam Cəbhə”sinin səhra komandirlərindən olan Əbu Rida “Hizbullah”ın dəstəklədiyi rejim güclərinin qərargah kimi istifadə etdiyi uşaq evini tunel qazaraq altına yerləşdirdikləri partlayıcılarla partlatdığını söyləyib.

“Əsəd gücləri bütün dövlət və özəl təşkilatlarının binalarını - xəstəxanaları, otelləri və fabrikləri qərargah kimi istifadə edir. Biz tunellər qazaraq qərargahları havaya uçururuq”, - Əbu Rida deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm