Rubl Donbasda Ukraynanın bölünməsini rəsmiləşdirdi
Bizi izləyin

Dünya

Rubl Donbasda Ukraynanın bölünməsini rəsmiləşdirdi

Bu gündən başlayaraq, Rusiya rublu Ukraynanın şərqində yaradılan separatçı “Luqansk Xalq Respublikası”nda (“LXR”) əsas valyuta kimi istifadə olunacaq.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar “LXR”in “Nazirlər Şurası” tərəfindən qəbul edilib.

Qurumun rəhbəri Gennadi Sıpkalovun sözlərinə görə, qərar Kiyev tərəfindən həyata keçirilən iqtisadi blokada ilə bağlıdır. O qeyd edib ki, “LXR”-də məişətdə qrivna, dollar və avro qalacaq, amma planlaşdırma, büdcə, maliyyə və vergi hesabatları rublla olacaq. Əməkhaqqı, təqaüdlər və sosial maddi yardımlar rublla ödəniləcək.

“LXR”dəki “Xüsusi status” mərkəzinin sosioloji tədqiqatının məlumatına görə, “respublika” əhalisinin 52 faizi rublun əsas valyuta olmasına razıdır. Tədqiqatın gedişatında aydınlaşıb ki, respondentlərin 63,3 faizi ticarət şəbəkələrində hesablamalar vaxtı rubldan istifadə edirlər.

Avqust ayında “LXR”in valyuta bazarında rublun payı təxminən 85 faiz təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm