Gürcüstanın xarici işlər naziri dəyişdirildi
Bizi izləyin

Dünya

Gürcüstanın xarici işlər naziri dəyişdirildi

Gürcüstanda yeni xarici işlər naziri təyin edilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verib ki, baş nazir İrakli Qaribaşvili bu gün keçirdiyi brifinqdə Georgi Kvirikaşvilini yeni xarici işlər naziri kimi təqdim edib.

Georgi Kvirikaşvili iqtisadiyyat və davamlı inkişaf naziri idi. Onu bu postda Tiflisin keçmiş meri Dmitri Kumsişvili əvəz edəcək.

Georgi Kvirikaşvili işə başlayana kimi Tamara Beruçaşvili xarici işlər naziri postunda qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm