Dünya
Kreml “ikinci cəbhə” açılışını elan etdi
Kreml Ukraynaya qarşı “ikinci cəbhə”nin açılışını elan etdi.
Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov prezident Pyotr Poroşenkonun güc strukturlarının rəhbərləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya sistemli şəkildə Ukraynada vəziyyəti gərginləşdirməklə məşğul olmağa qərar verib: “Bizim hərbçilərimiz Putinin planlarını dağıda və ölkənin şərqdə Rusiyanın işğal qoşunlarının hücumunu dayandıra bildilər. Kreml görür ki, planları iflasa uğrayıb və buna görə də ikinci cəbhəni - daxili cəbhə açır”.
Xatırladaq ki, dünən Ali Radanın qarşısında Milli Qvardiyanın hərbçiləri ilə nümayişçilər arasında genişmiqyaslı toqquşmalar baş verib. Ali Radanı mühafizə edən hərbi qulluqçuların üzərinə döyüş qumbarası atılıb. Qumbaranın partladılması nəticəsində, həmçinin qarşıdurmalarda 100-dən çox insan zərər çəkib. Milli Qvardiyanın hərbçisi 25 yaşlı İqor Debrin həyatını itirib.
Qeyd edək ki, Ali Rada dünən Konstitusiyaya dəyişikliklərin daxil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Ömər Dağlı
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər