Dünya
İŞİD Borçalıya ayaq açdı: azərbaycanlılar terror təşkilatına kütləvi axın edir - ŞOK
“Son zamanlar İŞİD xalqın dini biliklərinin az
olmasından istifadə edərək, Borçalıda geniş şəkildə
təşkilatlanıb”.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin
“Haberhergün” saytının araşdırmasında deyilir.
Araşdırmada qeyd olunur ki, buna baxmayaraq, Gürcüstan hökuməti
azərbaycanlıların İslami biliklərini artıran dini təşkilatların
fəaliyyətinə də imkan vermir: “Gürcüstan hökumətinin bu mövqeyi
yerli xalqın radikallaşmasına gətirib çıxarır və nəticədə onlar
İŞİD-ə qoşulurlar. Əksinə, hökumətin xalqın inandığı dini
birliklərlə əməkdaşlığı İŞİD-in bölgədəki təsirini azalda
bilər”.
Məqalədə bildirilir ki, bölgənin əsas əhalisi olan
azərbaycanlıların yaşlı təbəqəsi radikal dini təşkilatlara meyil
etmir: “Bunun əvəzində gənc nəslin İŞİD-ə meyilliyi çoxalır.
Əvvəllər, xüsusilə Saakaşvili dönəmində bölgədə müxtəlif formalarda
İslam dininin yayılmasına maneələr törədilirdi. Bunun nəticəsi
olaraq dini biliklər azalıb və İŞİD də bundan istifadə edə
bilir”.
Araşdırmada Borçalı bölgəsinin müxtəlif yerlərində İŞİD-çilərə
aid məscidlərin açıldığı qeyd olunur.
“Konkret olaraq, Borçalının Qaracalar kəndində İŞİD-çilərə aid
məscidlər açılmağa başlanıb və kənddə İŞİD tərəfdarları artıb.
Beləliklə, İŞİD Borçalı üçün ciddi təhlükəyə çevrilib. Hökumət buna
qarşı sərt mübarizə aparır. Lakin bölgədəki azərbaycanlılara qarşı
təzyiqlərin mövcud olması əhalini radikallaşdırır və bu, aparılan
mübarizənin effektini azaldır”, - deyə məqalədə vurğulanır.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB