Sərkisyan Xankəndinə getdi
Bizi izləyin

Dünya

Sərkisyan Xankəndinə getdi

Ermənistan prezidenti Serj Sərkisyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Sərkisyan Xankəndidə qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müstəqillik bəyannaməsi”nin 24-cü ildönümünə həsr edilən tədbirlərində iştirak edəcək.

Qeyd edək ki, 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSRİ-nin Şaumyan (kənd) rayonu hüdudlarında “Dağlıq Qarabağ Respublikası” (DQR) elan edilib. Buna cavab tədbiri kimi, 1991-ci il noyabrın 23-də Azərbaycan Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv edib. Lakin Qorbaçovun son əməli olan “SSRİ Dövlət Şurası” tərəfindən 1991-ci il noyabrın 27-də Azərbaycanın həmin qərarının Konstitusiyaya zidd olduğu elan olunub. 1991-ci il dekabrın 10-da “DQR”-də erməni icmasının müstəqilliyi barədə əvvəlcədən proqramlaşdırılmış referendum keçirilib. 1992-ci il yanvarın 6-da monoetnik “Dağlıq Qarabağ Respublikası”nın müstəqillik bəyannaməsi elan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm