İŞİD-ə qarşı “Əl-Qaidə”dən istifadə oluna bilər – TƏKLİF
Bizi izləyin

Dünya

İŞİD-ə qarşı “Əl-Qaidə”dən istifadə oluna bilər – TƏKLİF

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (MKİ) keçmiş rəhbəri, istefada olan ordu generalı Devid Petreus İŞİD terror qruplaşmasına qarşı “Əl-Qaidə”nin mülayim tərəfdarlarından istifadə etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə “The Daily Beast” yazıb.

Amerikalı generalın ideyası onun İraq kampaniyasındakı təcrübəsi ilə bağlıdır. Belə ki, Devid Petreus İraqda şəriət qaydalarının tətbiqindən narazı olan sünni döyüşçülərdən “Əl-Qaidə”yə qarşı istifadə edib.

Devid Petreus “Əl-Nüsra” Cəbhəsinin tərəfdarlarından istifadə etməyi təklif edir.

Amma “The Daily Beast” nəşrinə müsahibəsində Vaşinqtondakı məmurlar bildiriblər ki, istefada olan generalın planını reallaşdırmaq mümkün deyil. Belə ki, onlar “Əl-Nüsra” Cəbhəsinin Ağ Ev tərəfindən rəsmən terror təşkilatı kimi tanındığnı və qruplaşmanın 11 sentyabr hücumlarına görə məsuliyyət daşıyan “Əl-Qaidə”nin bir hissəsi olduğunu deyiblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm