Kürdlərin bayraq oyunu: azərbaycanlılar evlərinə qayıda bilmir - FOTO
Bizi izləyin

Dünya

Kürdlərin bayraq oyunu: azərbaycanlılar evlərinə qayıda bilmir - FOTO

Türkiyə ilə ABŞ-ın Suriyanın şimalında əsasən türkmanlar və mülayim müxalifətin yerləşdirilməsi üçün nəzərdə tutulan “təhlükəsiz zona”nın yaradılması haqda razılaşmasından sonra PKK-nın Suriya qolu olan PYD-nin ərazidən çəkildiyinə dair açıqlamalarının yalan olduğu ortaya çıxıb.

Publika.az türkman mənbələrinə istinadən xəbər verir ki, Suriya Türkman Məclisinin rəhbəri Abdurrəhman Mustafa PYD-nin Tel Abyaddan çəkildiyi iddiasının tamamilə yalan olduğunu bildirib: “PYD-ni bölgədə idarəçiliyi davam edir və türkmanların evlərinə geri dönməsinə icazə verilmir. Bölgədə idarəçilik də kürdlərin əlindədir. Lakin PYD sözdə bölgədən geri çəkildiyini deyir. Çünki onlar koalisiya güclərinin dəstəyindən məhrum olmasından qorxurlar”.

Yayılan fotolarda PYD-nin bayrağının hələ də bölgədə dalğalandığı göstərilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm